Bakının ümumtəhsil məktəblərində 481.100 şagird üçün yeni tədris ili başlayıb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Ümumi təhsil məktəblərinin I sinfində 40.500, IX sinfində 41.016, X sinfində 31.300, XI sinfində 26.887, XII sinfində 130 şagirdin təhsil alacağı gözlənilir.
Bakıda 35.000 uşağın məktəbəqədər təhsil müəssisələrində, 23.000-ə yaxın uşağın isə ümumi təhsil müəssisələrinin hazırlıq qruplarında təhsil alacağı gözlənilir.
Bu tədris ilində Bakının ümumi təhsil müəssisələrində 28.500, məktəbəqədər təhsil müəssisələrində isə 4380 müəllim çalışacaq.