Bakının bəzi küçələrində və Xırdalan şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bakuplus.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, avqustun 21-də saat 10:00-dan Nizami rayonunda, Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmə quraşdırılacaq. “Masazır” QPS-də isə saat 09:00-dan iki filtr-separator demontaj edilərək “Xaşa-Xuna” QPS-ə köçürülür. Bu səbəbdən qaz təchizatında fasilə yaranıb.
Təmir-quraşdırma işləri müddətində Nizami rayonunda E. Süleymanov, C. Naxçıvanski, B. Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonunda isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksində qaz olmayacaq.