Paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Tədbirdə fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək.
“Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.
Tədbir mayın 18-19-da Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) baş tutacaq.