top
Bu qəsəbədə yaşayanların problemləri saymaqla bitmir: Şağan sakinlərinin evləri su ilə dolu olsa da, içməli su yoxdur - VİDEO
30 may 2023, 04:14
- +

Bu qəsəbədə yaşayanların problemləri saymaqla bitmir: Şağan sakinlərinin evləri su ilə dolu olsa da, içməli su yoxdur - VİDEO

Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni sahə” adlanan ərazidə yaşayan sakinlərin vəziyyəti acınacaqlıdır. Evlərinin zirzəmiləri su ilə dolan və antisanitariyadan əziyyət çəkən sakinlər mövcud vəziyyətdən narazıdırlar. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az BakuTV-yə istinadən məlumat verir.

“Bilmirik, burada böyütdüyümüz uşaqlar gələcəkdə hansı xəstəliyə tutulacaqlar”, - deyə sakinlər gələcəkdən narahatlıqlarını bildirirlər.

Sakinlər, həmçinin içməli su xətlərinin və ərazidə zibil qutularının olmamasından şikayət edirlər.

Onlar aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemin həlli istiqamətində addım atılmadığını deyirlər.

Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinin (RİH) Şağan qəsəbəsindəki inizabati ərazi dairəsi üzrə nüamyəndəliyinin rəsmisi Tərlan Dadaşov müsahibə verməkdən imtina edib.

Qurumun rəsmisi məsələ ilə bağlı yazılı şəkildə mövqeyini bildirib. O qeyd edib ki, sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarının, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmət göstərilməsi “Azərsu” ASC tərəfindən həyata keçirilir. Xəzər RİH tərəfindən sözügedən quruma müraciət ünvanlanıb.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı isə bildirdi ki, Şağanın Yeni Sahə ərazisinin bir qismində su xətti yoxdur, bir qismində vətəndaşlar tərəfindən normalara cavab verməyən kustar üsulla fərdi şəbəkə çəkilib. Havalar isinəndə, suya da tələbat artanda isə müəyyən evlərdə problemlər yaranır. Həmçinin ərazidə, ümumiyyətlə, kanalizasiya infrastrukturu mövcud deyil. Amma master planına əsasən, gələcəkdə bütün qəsəbələrdə olduğu kimi, həmin ərazidə də mərkəzləşdirilmiş su və kanalizasiya infrastrukturu planlaşdırılır.

Son xəbərlər

Xəbər
Bu gün, 11:00

Əsgər getmək istəməyənlərə cinayət işi AÇILDI

Xəbər
Bu gün, 10:30

Bakıda kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 10:00

Sənətkarın ölümündən 20 il keçir...

Xəbər
Bu gün, 09:36

Bakı və Abşeronda bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 07:00

Bu gün minlərlə şagird məktəb təhsilinə başlayır

Xəbər
Dünən, 17:38

İşə gecikdi, rəhbəri inanmadı – Uşağının canına and içdi

Xəbər
Dünən, 15:57

Müəllimlərin ikinci sertifikasiya prosesi nə vaxt olacaq? - Nazir AÇIQLADI

Xəbər
Dünən, 13:15

Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub

Xəbər
Dünən, 12:27

Masazır dairəsinə girişdə ucu-bucağı görünməyən tıxac

Xəbər
Dünən, 11:44

Adına küçə verilən, Neft Daşlarını kəşf edən neftçi Qurban...

Xəbər
Dünən, 10:41

Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü — Kobud danışığa görə

Xəbər
Dünən, 09:30

Metropoliten rəhbərliyi sərnişinlərdən üzr istədi - YENİLƏNİB + VİDEO

Xəbər
13 sentyabr 2026, 21:00

14-20 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
12 sentyabr 2026, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
12 sentyabr 2026, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
12 sentyabr 2026, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
12 sentyabr 2026, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
12 sentyabr 2026, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
12 sentyabr 2026, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
12 sentyabr 2026, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
11 sentyabr 2026, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
11 sentyabr 2026, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
11 sentyabr 2026, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
11 sentyabr 2026, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Oxşar xəbərlər