Bakı bulvarı ərazisində kişi qadına qarşı şiddət göstərib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Dənizkənarı Milli Park ərazisində kişi və qadın arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə 35 yaşlı Coşqun Sadiqov bir nəfər qadına qarşı şiddət göstərməyə başlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib.