Son 4 gündə bulvarda itkin düşən uşaqların sayı məlum olub. Bu haqda 30 may tarixində Bakuplus.az DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin Facebook səhifəsinə istinadən xəbər verir.
Dənizkənarı Milli Park ərazisində son 4 gündə 35 uşaq itkin düşüb. Uşaqlar post patrul xidmətinin əməkdaşları tərəfindən tapılıb və valideynlərinə təhvil verilib.
Elşad Hacıyev bildirib ki, uşaqlar valideyn nəzarətindən yayınaraq itkin düşüblər.