Xəzər rayonu, Buzovna qəsəbəsində qaz olmayacaq. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir.
Adıçəkilən qəsəbəni qazla təmin edən kəmərin kipliyi sınaq olunacaq. Bu səbəbdən Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində 4500 abonentin qazı olmayacaq. Məhdudiyyət bu gün ərzində davam edəcək.