Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində küçə təmir olunur. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən qəsəbənin Lermontov küçəsində təmir-bərpa işləri aparılır. Hazırda ərazidə köhnə asfalt örtüyü qaşınır. Daha sonra yeni asfaltın vurulması və müvafiq nişanlanmaların quraşdırılması nəzərdə tutulub.
Küçədə hərəkət qismən məhdudlaşdırılıb.
[caption id="attachment_99240" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]