Xəzər rayonunda qanunsuz tikili sökülür. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Buzovna qəsəbəsi, Nizami küçəsində baş verib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sahibkarlar tikintini lazımi sənədlər olmadan aparmağa davam edirdilər. Bununla bağlı əraziyə FHN-in əməkdaşları cəlb olunublar. İnşaat işləri dayandırılıb. Tikilinin sökülməsinə başlanılıb.
Bundan əlavə, Qala qəsəbəsi, Südçülük sovxozu ərazisində də 2 qanunsuz obyektin söküntüsünün aparılması planlaşdırılır.