Xəzər rayonu, Buzovna qəsəbəsində qanunsuz tikilən hasar sökülüb. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, əməkdaşlar əraziyə cəlb olunaraq qanunsuz tikintini dayandırıblar, eləcə də daş hasarı söküblər. Ancaq dəmir hasar hələ də yolu bağlı saxlayır.
Bir neçə gündür sözügedən ərazidə hasarın üzərinə “Azrəsu”nun loqosu yapışdırılaraq tikinti işləri aparıldığı iddia olunurdu.
[caption id="attachment_123253" align="alignnone" width="640"]
Foto Caliber.az[/caption]