Xəzər rayonunda növbəti küçə təmir olunur. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri rayonun Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində aparılır. Uzunluğu 520, ortalama eni isə 6 m olan küçədə köhnə asfalt örtüyü sökülərək yenisi ilə əvəzlənir. Daha sonra əraziyə müvafiq yol cizgiləri çəkiləcək, nişanlar quraşdırılacaq.