Dünyaca məşhur müğənni Bakıya gəlir. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
İngiltərədən olan ifaçı Con Nyuman Bakı Kristal Zalının səhnəsində dinləyicilərinin qarşısına çıxacaq. O, "Love Me Again", "Feel the Love" və "Not Giving In" musiqiləri ilə tanınır.
Konsert 31 may tarixində saat 20:00-23:00 arası Bakı Kristal Zalında keçiriləcək. Biletlər artıq satışdadır. Qiymətlər 50-350 AZN arası dəyişir.