Bakının Pirşağı qəsəbəsi sakini, onkoloji xəstə olan Şəfaqət Kərimovun adına yığılan pulların dələduzlar tərəfindən mənimsənildiyi iddia olunur. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Bildirilir ki, oğurlanan 10.800 manat əməliyyat üçün nəzərdə tutulub. 3 uşaq atası Kərimov artıq bir dəfə əməliyyat olunub, lakin yenidən əməliyyat üçün göstəriş verilib. Lazımi məbləğ əllərində olmadığına görə xəstənin həyatının təhlükə altında olduğu deyilir.
Ailə üzvlərinin sözlərinə görə, pul hesabından pulu oğurlayanın kimliyi məlumdur.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırma davam etdirilir.