Paytaxtın Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri və vətəndaşlar qarlı havaya görə çətinlik çəkib. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Bildirilir ki, buna səbəb aidiyyəti qurumların yolları qardan təmizləməməsi olub. Avtobuslar və avtomobillərlə yanaşı, piyadalar da yolun yoxuşunda sürüşüblər. Onlar qeyd ediblər ki, səkilərə duz və yaxud qum səpilməyib.
Ətraflı süjetdə: