Dünyaşöhrətli DJ Bakıya gəlir. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Nyu-York, London, Paris, Los-Anceles, Mayami, Mexiko, Toronto, Monreal səhnələrində çıxış etmiş Mahmut Orhan yeni audiovizual şousu ilə paytaxta gəlir.
O, “Coachella”, “Ultra Music Festival”, “Arts of Wild”, “Zamna Tulum” kimi festivallarda çıxış edib.
Konsert “Sea Breeze Resort”da iyulun 12-də saat 20:00-23:00 arası baş tutacaq. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür. Qiymət 45-400 AZN aralığında dəyişir.