Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 317 nömrəli məktəbin birinci sinif müəlliməsinin davranışı valideynlərin narazılığına səbəb olub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Bildirilib ki, birinci sinif şagirdlərinə dərs deyən müəllim onlarla kobud rəftar edib, nalayiq ifadələr işlədib. Bu, valideynlərin narazılığına səbəb olub. Müəllimin davranışını əks etdirən video sosial şəbəkərəlrdə yayılıb:
Son Xəbər-dən əldə olunan məlumata görə, hadisə ötən ilin noyabr ayında baş verib. Məsələ araşdırılıb, BŞTİ tərəfindən ibtidai sinif müəllimi olan Nəsirova Nargiləyə töhmət verilib.