Bakının Sabunçu rayonunda yerləşən 310 saylı uşaq bağçasının rəhbərliyi və əməkdaşları tərəfindən törədilən qanunazid əməllər araşdırılır. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az istinadən məlumat verir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, daha bir neçə valideyn polisə müraciət edərək bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.
Hər müraciətlə bağlı müvafiq araşdırmalar aparılır, müvafiq maddələr üzrə cinayət işi açılıb.
Daha öncə sözügedən bağçada uşaqlara qarşı fiziki zorakılıq törədildiyi ilə bağlı müvafiq videogörüntülər yayılıb.
Bağçanın müdiri hər hansı qayda pozuntusunu inkar edir. Ətraflı videosüjetdə: