Bakının Nəsimi rayonunun Rəsul Rza küçəsində körpə ilə dilənən qadın narazılığa səbəb olub. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Vətəndaşların iddialarına görə, qadın bütün günü alış-veriş mərkəzlərinin birinin qarşısında körpəsi ilə oturaraq dilənir. Həmçinin bildirilib ki, qadın uşağı xüsusi dərmanlarla yatızdırır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis kapitanı Nurlan Əliyevin verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadınla bağlı artıq qanunamüvafiq tədbirlər görülüb.