top
Dollar və avronun ucuzlaşması TRAMPLA əlaqəlidir? – EKSPERTLƏRDƏN ÖZƏL AÇIQLAMA
23 yanvar 2025, 09:00
- ↺ +

Dollar və avronun ucuzlaşması TRAMPLA əlaqəlidir? – EKSPERTLƏRDƏN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

2025-ci il yanvarın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0477 manat təşkil edib. Rusiyanın 100 rublu 1,7126 manata kimi bahalaşıb, avro 1,7700 manatadək ucuzlaşıb. Maraqlıdır ki, qonşu ölkələrdə isə dolların məzənnəsində eniş müşahidə edilib.

Bəs görəsən, bunun bizə təsiri ola bilərmi? Bu tendensiya Trampın ABŞ prezidenti səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədardımı?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, məzənnədə enmə və qalxmalar normal haldır:

“Ukrayna hadisələrindən sonra rus rublunda dalğavari artma və azalma olub. Bunun ABŞ prezidenti Donald Tramp ilə əlaqəsi yoxdur. Burada əsas məqam dolların get-gedə rəqəmsal, elektron pula çevrilməsidir. Tramp inflyasiyanın enməsi üçün uçot dərəcələrinin aşağı salınmasına dair təkliflər verib. Ola bilsin ki, müəyyən mənada enə bilər.

Azərbaycan manatına gəldikdə isə, bizim manat dollara bağlanıb. ABŞ-də üzən məzənnədir. Biz də dollara bağlıyıq. Artım olanda, bizdə də artır, eniş də eyni şəkildə olur. Manat dollara nisbətdə Mərkəzi Bank tərəfindən tənzimlənir. Ona görə biz Türkiyə və Rusiyadakı məzənnə ilə eyniləşdirməməliyik. Türkiyədə son üç ildə 100 faizdən çox eniş olub. Artım da tələb və təklifdən asılıdır. Vaxtaşırı birjalar da prosesə təsir edir”.

E.Qəribli qeyd edib ki, Azərbaycanda dollar ilə manat arasında bağlılıq var:

“Bu qərarı Mərkəzi Bank qəbul edə bilər. Keçən il dollara tələbat artmışdı. Manatın artımının səbəbi neft qiymətinin və hasilatın artım idi. Hər il bizdə neft hasilatı azalırdı. Bu il bərpa olunur. Dolların da qiyməti aşağıdır. Ona görə, Azərbaycanda dolların enməsi, qeyri-adi nə isə baş verməsə, gözlənilmir”.

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, təhlillər onu göstərir ki, hazırda valyuta bazarlarında qeyri-müəyyənlik hökm sürür:

“Bir sıra faktorlar rolların möhkəmlənməsini, digərləri isə zəifləməsi istiqamətində çağırışları dəstəkləyir. Bu kontekstdən, faktiki olaraq Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan ölkələr də daxil olmaqla, dünya bazarlarında ABŞ dollarına münasibətdə valyutaların məzənnəsinin dinamikası fərqli istiqamətdə cərəyan edir. Bəzi ölkələrin iqtisadi subyektləri Tramp hakimiyyətinin dövrünü pozitiv, bəziləri isə neqativ qiymətləndirir. Trampın Çindən idxal olunan məhsullara yeni tariflərin tətbiq etməsi iqtisadi dinamikanın pozitiv meylini artırır.

Bununla yanaşı onun bir sıra ölkələrə münasibətdə əlavə tariflərin tətbiq edilməsi ilə bağlı mövqe ortaya qoyması, xüsusilə də ABŞ iqtisadiyyatını əsas xarici ticarət tərəfdaşlarına münasibətdə konservativ siyasətin qlobal iqtisadiyyata təsirləri ilə bağlı qənaətlər formalaşdırır. Onun birinci hakimiyyəti dövrünü nəzərə alsaq, daha çox radikal, konservativ siyasətin üstünlük təşkil edəcəyini proqnozlaşdırmaq nisbətən daha asandır. Belə olduğu halda orta və ya uzun müddətli dövrdə ABŞ dolları dünya bazarında dəyərsizləşə bilər. Bu prosesdə qısamüddətli nəticələrin qiymətlənməsi doğru deyil”.

“Azərbaycan və onun xarici ticarət tərəfdaşları arasında iqtisadi inteqrasiya səviyyəsi məhz orta və uzun müddətli dövrdə nəticələri qiymətləndirir. Nəinki real vaxt rejimində. Əsas xarici ticarət tərəfdaşlarında dolların ucuzlaşması səbəbindən valyutalar bahalaşacaqsa, bu, manatın məzənnəsini də həmin valyutalara nisbətən ucuzlaşmasına gətirib çıxaracaq. Bu, real, effektiv məzənnənin aşağı düşməsinə və ixracı dəstəkləyən siyasətin meydana gəlməsinə gətirib çıxaracaq. Azərbaycan əsasən idxalçı ölkədir. Bununla yanaşı valyutanın bahalaşması ölkəyə idxal olunan məhsulların da bahalaşmasına gətirib çıxara bilər”, - deyə R.Həsənov fikrini tamamlayıb.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər