Ötən gün qəzadan yayınan və vətəndaşa qarşı təhqiramiz hərəkət edən qadın sürücü ilə əlaqədar yayılmış videogörüntü haqda araşdırma aparılıb. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Daxili Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edən zaman üç nəfər mülki şəxs onu təhqir edib. Bu səbəbdən xanım onların ifadələrinə stres vəziyyətində cavab verib.
“Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir” - qurumdan bildirilib.