top
DTX əməliyyat keçirdi: Prezidentin adından saxtakarlıq edən şəbəkə həbs olundu
19 iyun 2024, 23:06
- ↺ +

DTX əməliyyat keçirdi: Prezidentin adından saxtakarlıq edən şəbəkə həbs olundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa edilib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən məlumat verir.

Süni intellekt proqramının köməyi ilə müxtəlif sosial şəbəkələrdə dövlət xadimlərinin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin adından böyük gəlirlər vəd edən saxta reklamlar yayılıb. Bu elanlar digərləri ilə yanaşı, Dövlət Neft Şirkəti (SOCAR), Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı adından yerləşdirilib.

Saxta reklamların yayılması “deepfake” texnologiyalarından, yəni saxta videomesajlar yaratmağa imkan verən süni intellekt proqramından istifadə etməklə həyata keçirilib.

Faktla bağlı “Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə”, “Kompüter məlumatlarının saxtalaşdırılması” və “Mütəşəkkil dəstə tərəfindən dələduzluq” maddələri ilə cinayət işi başlanılıb.

Digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməliyyat və prosessual əməkdaşlıq zamanı beynəlxalq kibercinayətkarlıq şəbəkəsi ifşa olunub.

Təcavüzkarlar internetdə istifadəçiləri müxtəlif investisiya layihələrinə pul yatırmağa dəvət edən saxta reklamlar dərc ediblər. Onlar yatırılan vəsaitləri mütəmadi olaraq artıracaqlarını və investisiya gəlirlərini zərərçəkənlərin bank kartlarına köçürəcəklərini vəd ediblər. Kibercinayətkarlar həmçinin bank kartı məlumatlarına çıxış əldə edib və pullarını çıxarıblar.

Ukrayna ərazisində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları - 26 yaşlı Rafiq Zöhrabov və 45 yaşlı Sərdar Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Araşdırma davam edir.

Son xəbərlər

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Oxşar xəbərlər