Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən nəzarətsiz çimərlikdə tullantı atılmasını qadağan edən lövhə quraşdırılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az EcoKönüllü Facebook səhifəsinə istinadən məlumat verir.
Sahildə tullantılarını atan vətəndaşlar 1000 manat məbləğində cərimələnəcəklər.
“Neçə illərdir Bigəh ekoicmasının təmizlədiyi çimərliyə, nəhayət, cərimə lövhəsi yerləşdirildi. Ekofəalların bu uğuruna sevinirik, əlaqədar qurumlara isə dəstəyə görə təşəkkürümüzü bildiririk”, – deyə səhifədə bildirilir.