Bakının Səbail rayonu, Mehdi Hüseyn küçəsində yol asfaltlanır. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az məlumat verir.
Həmin ərazidə bir neçə gün öncə yeraltı elektrik xətləri dəyişilib. İşlər başa çatdıqdan sonra asfaltın dağılmış hissəsi bərpa edilir.
Təmir işləri ilə bağlı küçənin bir zolağında hərəkət məhdudlaşdırılıb.