Sabah, 30 iyun tarixində “Flora Hostel”də xeyriyyə yarmarkası keçiriləcək. Bu haqda Bakuplus.az məlumat verir.
Yarmarka zamanı toplanan gəlirlər uşaqlar evi və ehtiyacı olan ailələrə ianə olunacaq. Tədbirdə canlı musiqi qonaqları əyləndirəcək, əl işləri, şirniyyat və kitablar satılacaq.
Tədbir saat 10:00-dan 17:00-a kimi davam edəcək və “Qucaq” yardım platforması ilə birgə təşkil olunur.