Bakının Xətai rayonu, Gəncə prospektində piyadaların həyatı üçün ciddi təhlükə mövcuddur. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Prospektin bir tərəfində səki olsa da, digər tərəfində səki yoxdur, bu da piyadaları avtomobil yoluna çıxmağa məcbur edir və təhlükəli vəziyyət yaradır. Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məsələ ilə bağlı quruma vətəndaş müraciəti daxil olmayıb.