Bakının “Libraff” kitab mağazalarının Park Akademiya filialında “Autizm özünü necə göstərir?” mövzusunda valideynlər üçün ödənişsiz maarifləndirici tədbir keçiriləcək. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az məlumat verir.
Görüş “Güvən Dayə Xidməti” və “ABA Brain Academy” mərkəzinin birgə təşkilatçılığı ilə 13 iyul tarixində nəzərdə tutulub.
Tədbirdə iştirak edən valideynlərin ASP olan övladları üçün master-klas və art-terapiya təşkil olunacaq. İştirakçılara sertifikat təqdim olunacaq.
Tədbir zamanı uşaqlar üçün əyləncə proqramı təşkil olunacaq. İştirak ödənişsizdir.
Qeydiyyat üçün əlaqə nömrəsi: +994554874090. Ünvan: “Libraff” Park Akademiya filialı. Yasamal rayonu, Hüseyn Cavid prospekti, 100.