Bakıda saxsı boyama üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az “Cavan” Gənclər Hərəkatına istinadən xəbər verir.
Master-klasda təlimçi Fidan Şərifova iştirakçılara fırçalarla saxsı qablarınızı ən gözəl tərzdə boyamağın yollarını göstərəcək.
Tədbir 2 fevral saat 11:00-da “Yellow stone Art Studio”da keçiriləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir. İştirak ödənişsizdir.