Dəniz kənarındakı “Dəniz Mall”un qarşısında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 30-cu ildönümü münasibətilə konsert keçiriləcək. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az məlumat verir.
Tədbir iyulun 26-da saat 18:00-da baş tutacaq. Həmçinin yubiley günündə Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimi canlı təqdim olunacaq, idmançılarımızın Olimpiya paradından keçidini izləmək mümkün olacaq.
Rilaya və Murad Arif musiqili proqramla qonaqları əyləndirəcəklər.
Konsertə giriş sərbəstdir.