top
Həkimlər ölkəni niyə tərk edir?
28 oktyabr 2024, 04:15
- ↺ +

Həkimlər ölkəni niyə tərk edir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Çox təəssüf ki, Azərbaycandan gedən həkimlərin qarşısını ala bilmirik. Elə şərait yaratmalıyıq ki, həkim başqa ölkəyə getməsin, öz vətənində işləsin".

Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış həkim Aydın Əliyev deyib.

Ekspert bildirib ki, Azərbaycandan həkimləri Avropaya aparan səbəblər çoxdur:

"Tibb Universitetində oxuyan tələbə Azərbaycanda yaşayır və tibb işçilərinin və tanıdığı həkimlərin vəziyyətini görür. Bu dəqiqə internet, sosial şəbəkələr var. Almaniya, İngəltərə, Türkiyədəki həkimlərin vəziyyətini, onların aldığı maaşları müqayisə edir. Baxır ki, həkim Almaniyada 3 min avro alır, Azərbaycanda isə 450 manat. Bu maaşla normal olaraq bir gənc inkişaf edə bilməz. O isə inkişaf etmək istəyir. Baxır ki, alman dilini bilsə, rahat şəkildə orada işə düzələ bilər. Baxır, müqayisə edir və Azərbaycandan gedir".

Aydın Əliyev bildirib ki, həkim renginoloq Azərbaycanda bir gündə 120-140 xəstəyə baxır və onlaradan ancaq 35-nin ödənişini ala bilir:

"Həkim gün ərzində təxminən 95 xəstəyə pulsuz baxır. Halbuki Azərbaycanın imkanları genişdir. Hazırda Azərbaycanda kadr böhranı var. Biz bunu illərlə desək də, artıq hiss olunası həddədir. Xəstəxanaların qarşısında görün nə qədər növbələr var. Niyə? Çünkü kadr çatışmazlığı var. Xəstəxanaların maddi-texniki bazası zəifdir. Əksəriyyəti sovet dövründən qalıb. Əhalinin sayı isə sovet dövrünə nisbətən iki dəfə artıb. Problemlər bitmək bilmir".

Aydın Əliyevin sözlərinə görə, bu gün Azərbaycanı tərk edənlərin çoxu savadlı tibb işçiləridir:

"Çox təəssüflər olsun ki, bu, belədir. Əgər tədbir görülməsə, bu böhran getdikcə dərinləşəcək. Dövlət tibb müəssisələrində işləyən həkimlər bunu deyə bilmirlər. Çünki onları gözümçıxdıya salırlar".

Qeyd edək ki, Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçü ilə bağlı məlumatlar var. Son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Oxşar xəbərlər