Paytaxtın Səbail rayonu, Mikayıl Useynov küçəsi, 63 ünvanında binanın üzlüyü qoparaq piyada səkisinə düşüb. Bu haqda bu gün, 10 dekabr tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən ərazidə daşdan olan üzlüklər qırılaraq insanların hərəkət etdiyi ərazilərə düşüblər. Bununla əlaqədar həmin ərazidə hərəkətə məhdudiyyət qoyulub və xüsusi texnika cəlb olunub.
Hazırda təmir-bərpa işləri bütün binada davam edir.
[URIS id=82648]