Səbail rayonu, Zərifə Əliyeva, 59 ünvanında pilləkən sökülüb, lift isə işləmir. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, adıçəkiən ünvanda yerləşən tarixi binada 2 gündür ki, pilləkənlər sökülüb. Lift isə işləmir. Sakinlər hərəkət etmək üçün təhlükəli nərdivanla çıxıb-düşməli olurlar. Bu da həm çətinlik yaradır, həm də təhlükə saçır.
Verilən məlumata əsasən, binada abadlıq işləri aparılır. Bu səbəbdən də pilləkənlər sökülüb. Yaxın zamanda onlar bərpa olunacaq. Lift isə sonradan quraşdırıldığından rəsmi qurumların nəzarətində deyil.