Suraxanı rayonunda abadlıq işləri aparılıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlaşdırılma işləri çərçivəsində hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yeni asfalt örtüyü salınır. Daha sonra müvafiq yol cizgilərinin çəkilməsi, nişanların quraşdırılması nəzərdə tutulub.
Küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
[caption id="attachment_121546" align="alignnone" width="640"]
Foto Suraxanı Rayon İcra-Hakimiyyəti[/caption]