Bu il ərzində paytaxt ərazisində 2 uşaq bağçası fəaliyyətə başlayıb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Yeni inşa edilmiş məktəbəqədər təhsil müəssisəsiləri Hövsan qəsəbəsində yerləşir. 13 və 14 nömrəli uşaq bağçaların hər birində 100 uşaq yeri mövcuddur.
Məktəbəqədər təhsil müəssisələrinin tikinti və təmiri istiqamətində tədbirlər davam etdirilir.