Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, TƏBİB, Suraxanı rayon İcra Hakimiyyəti, yerli bələdiyyə, “NARGİS” jurnalının nümayəndələri və ekokönüllülər Hövsan sahilində təmizlik aksiyası keçirib. Aksiya çərçivəsində sahil zolağı 700 kiloqram tullantıdan təmizlənib.
Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu hər həftənin 4-cü və 6-cı günləri dəniz və çay sahillərində, dağ-meşə ərazilərində iməciliklər keçirir.
[caption id="attachment_146387" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]