Hövsanda kanalizasiya lükləri oğurlanıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verib.
Avtomobil yolunda suların kənarlaşdırılması üçün nəzərdə tutulan barmaqlıqlar uzun müddətdir yoxdur. Bu da həm sakinlər, həm də sürücülər üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, gündüz vaxtı belə quyuları görmək olmur.
“Bir aydır mən buradayam, bu lüklər bu vəziyyətdədir. Heç kim köməklik etmir”, - deyə onlar əlavə ediblər.
Avtomobil Yolları Dövlət Agentliyi məsələ ilə bağlı bildirib ki, yağış barmaqlıqarının oğurlanması paytaxtın bir çox küçələrində müşahidə olunur. Yaxın zamanda sözügedən əraziyə baxış keçiriləcək və müvafiq addımlar atılacaq.