Suraxanı rayonunda təmizlik aksiyası keçirilib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ümumrespublika təmizlik aksiyası çərçivəsində Hövsan qəsəbəsinin Xəzər dənizi sahilində abadlıq işləri aparılıb. Tədbirdə bir sıra qurum əməkdaşları, sakinlər və könüllülər iştirak ediblər.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub.
[caption id="attachment_107232" align="alignnone" width="640"]
Foto Suraxanı rayon İcra Hakimiyyətia[/caption]