Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən istirahət mərkəzi tullantı yerləri müəyyənləşdirilmədiyinə görə cəzalandırılıb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulmasına görə həmin istirahət mərkəzinin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.