Suraxanı rayonunda sanitariya qaydalarının təmin olunması istiqamətində işlər davam edir. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı rayonun Hövsan qəsəbəsi ərazisində “ZİL” markalı yük avtomobilindən çirkab suların boş əraziyə axıdılması aşkar olunub. Texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin avtomobilin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Tədbirlər davam etdirilir.