Paytaxtın Xətai rayonu, Həzi Aslanov qəsəbəsinin bir hissəsi gecə saatlarında qaranlığa qərq olub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Məhəmməd Hadi, 64 ünvanında yaşayan sakinlərin sözlərinə görə, iaşə obyektlərində işıqların yanmasına baxmayaraq, yaşayış binaları işıqsız qalıb.