Son illər baş vermiş zəlzələlər nəticəsində Xəzər dənizinin sahilyanı hissələrində çökəkliklər yaranıb. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Əhaliyə nəzərət olunmayan çimərliklərə baş çəkmək tövsiyə olunmasa da, çox sayda vətəndaşlar belə ərazilərdə istirahət etməkdə davam edir. Mütəxəssislər belə nəzarət olunmayan yerlərdə çimməyin boğulma riskini xeyli artırdığını bildirirlər.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu ilin aprel ayından ölkə ərazisində sahilboyu monitorinqlər aparılır.
“Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur”, – deyə nazirlikdən əlavə edilib.