Bakının Nərimanov rayonu, Həsənoğlu küçəsində piyadalar üçün səki zəbt edilib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az xəbər verir.
Söhbət Heydər Əliyev Mərkəzinin yaxınlığında olan küçədən gedir. Belə ki, piyada səkisinin böyük hissəsi altı betonlanmış hasara alınıb. Səki işıq dirəklərinə qədər zəbt olunub. Buna görə də piyadalar avtomobil yoluna çıxmalı olurlar. Küçə parkın yanında yerləşdiyindən burada güclü insan və avtomobil axını olur.
Sakinlər bu vəziyyətdən narahat olduqlarını bildirirlər. Onlar hərəkət etməkdə ciddi cətinlik çəkirlər və özlərini təhlükəyə atmağa məcbur olurlar.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/15.mp4"][/video]