Bakıda rok konserti keçiriləcək. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Simfonik orkestrin təqdimatında dünyaca məşhur rok hitləri səsləndiriləcək. Burada “Nirvana”, “Rolling Stones”, Zemfira, “Queen” kimi məşhurların mahnılarını eşitmək mümkün olacaq.
Tədbir 30 dekabr saat 20:00-21:30 arası Heydər Əliyev sarayında baş tutacaq. Qiymətlər 15-60 AZN arası dəyişir.