Bakıda məşhur pianoçu çıxış edəcək. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Evgeniy Qrinko Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Onun filmlərdə və dünya səhnələrində səslənən musiqilərini dinləmək mümkün olacaq.
Konsert iyulun 30-da baş tutacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymətlər 40-220 AZN arası dəyişir.