Yanvarın 2-si və 3-ü Heydər Əliyev Sarayında “Yeni il şənlikləri” adlı əyləncəli-interaktiv tamaşa baş tutacaq. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Tədbirdə “nağıl qəhrəmanları” Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa göstərəcəklər. Əlavə olaraq, şənlikdə Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onlara mahnılar, rəqslər, oyunlar təqdim edəcəklər.
Tamaşa saat 12:00-13:00 və 15:00-16:00 aralığında olacaq. Biletləri onlayn yolla və şəhərin kassalarında əldə etmək mümkündür. Qiymət 6-25 manat aralığında dəyişir.