“Heydər Əliyev ili” çərçivəsində Bakının Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə tədbiri keçirilib. Bu haqda bu gün, 8 aprel tarixində 1News məlumat verib.
Aksiyada İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində Ombudsman aparatının əməkdaşları Nərimanov rayonu bələdiyyəsinin ərazisində yeddi hektar sahədə müxtəlif cinsli ağac tingləri əkiblər.