Bakıda dünya universitetlərinin iştirakı ilə xaricdə təhsil sərgisi keçiriləcək. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Tədbirdə Avropa, ABŞ və Türkiyənin ən öndə gedən universitetləri və qəbul şöbələrinin nümayəndələri iştirak edəcəklər. Burada bakalavr və magistr dərəcələri, diplom və sertifikat proqramları, “Foundation” proqramları, distant təhsil, xaricdə dil kursları və yay məktəbləri barədə ətraflı məlumat almaq mümkündür.
Sərgidə iştirak etmək üçün bu linkə keçid edərək qeydiyyatdan keçmək tələb olunur. İştirak ödənişsizdir!
Tədbir 9 dekabr saat 11:00-17:00 arası “Hilton Baku” da baş tutacaq. Əlaqə nömrəsi: 055 503 59 39.