Sabunçu rayonunda qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsi, Neftçilər küçəsində baş verib. Vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansard mərtəbəsinin tikintisinin həyata keçirildiyi məlum olub.
Mansard mərtəbəsi sökülüb, vətəndaşa xəbərdarlıq edilib.
[caption id="attachment_107065" align="alignnone" width="640"]
Foto fhn.gov.az[/caption]