Bakıda III Uşaq Kitab Festivalı keçiriləcək. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Azərbaycan Nəşriyyatları Assosiasiyasına istinadən xəbər verir.
6 iyun tarixindən etibarən start götürəcək festivalda müxtəlif kitablar təqdim olunacaq, həmçinin bir sıra yazarlarla görüşlər keçiriləcək.
Festivalda İradə Qədirova, Xəzər Süleymanlı, Aytac Qəmbərova və Şəbnəm Həsənəlizadə kimi şəxslər iştirak edəcəklər.
Tədbir saat 10:00-da start götüəcək və 19:00-a qədər davam edəcək.