Ənənəvi “Kənddən Şəhərə” yarmarkası yenidən keçiriləcək. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada 20 regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır.
Bundan əlavə, istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün səyyar qida laboratoriyası da fəaliyyət göstərəcək.
Satış 15-16 iyun tarixlərində Fətəli xan Xoyski küçəsi, 5 ünvanında, metronun “Gənclik” stansiyasının çıxışında təşkil olunacaq.