top
Karqo şirkətlərinin xidmətlərindən narazı qalan müştərilər hara müraciət edə bilərlər? – VİDEO
07 dekabr 2023, 07:06
- ↺ +

Karqo şirkətlərinin xidmətlərindən narazı qalan müştərilər hara müraciət edə bilərlər? – VİDEO

Son günlər karqo şirkətlərinin xidmətlərindən yararlanan müştərilər çatdırılma servisindən narazıdırlar; ya bağlamadan aylarla xəbər çıxmır, ya da yerinə başqa məhsul göndərilir. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Bu halla üzləşənlərdən biri Südabə Quliyevadır: “Onlayn mağazaların birindən köynək sifariş etmişdim. İki ay müddətində gəlmədi, artıq üçüncü aya keçib. Bu problemlə təkcə mən yox, bir çoxları qarşılaşıblar. Bəzən elə hallar olur ki, hətta səhv məhsul göndərirlər”.

Təkcə özəl karqo şirkətləri yox, “Azərpoçt”un karqo xidməti vasitəsilə də məhsul sifariş vermək mümkündür. Qurumun xidməti keyfiyyətə nəzarət şöbəsinin müdiri Gülnaz Cəfərova bildirir ki, vətəndaşlar məhsulu təhvil alarkən yoxlamalıdırlar.

“Poçt göndərişinizi təhvil alarkən onun vizual görünüşü, çəkisi və sairə ilə bağlı tanış olursunuz və müvafiq sənədə imza ataraq onu təhvil alırsınız. Bu zaman poçt göndərişinizdə qarşılaşdığınız nöqsanlarla bağlı dərhal poçt şöbəsinə bildirməlisiniz. Belə olan halda əməkdaşlarımız tərəfindən dərhal akt tərtib olunur və bu akt əsasında göndərən ölkəyə yoxlama xəbərnaməsi ilə məlumat verilir. Bu da o deməkdir ki, artıq göndərən ölkə göndərici qarşısında məsuliyyət daşımalı olur”, – deyə Cəfərova bildirib.

Onlayn sifarişlərə tələbatı görən bəzi dələduzlar isə boş dayanmırlar. Ötən gün vətəndaşa telefon qablaşdırmasında bolt göndərən işbazların videosu sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Bəs belə olan halda vətəndaş nə etməlidir?

Vəkil Mircavid Miriyevin sözlərinə görə, qanunvericilikdə istehlakçıların malları və xidmətləri sərbəst sürətdə seçmək, eyni zamanda həmin mal və xidmətlərlə bağlı onların lazımi keyfiyyətdə olmasını tələb etmək və mallara və xidmətlərə dolayı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları var. Bu hüquqlardan istifadə edərək müştərilər müvafiq səlahiyyətli dövlət orqanlarına və ya məhkəmələrə müraciət edə bilərlər. Bu halda vətəndaş həmin məhsulu qüsurlu olduğuna görə karqo şirkətinə geri qaytara bilər. Əgər karqo şirkəti həmin məhsulu qəbul etməkdən imtina edərsə, o zaman vətəndaşlar müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilərlər.

Mütəxəssislər tövsiyə edirlər ki, istər xarici, istərsə də yerli saytlardan məhsul alarkən ətraflı araşdırma edilsin. Bundan başqa, bahalı əşyaların alışı məqsədəuyğun deyil.

Son xəbərlər

Xəbər
Bu gün, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
Bu gün, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
Bu gün, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
Bu gün, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
Bu gün, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
Bu gün, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
Bu gün, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
Bu gün, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
Bu gün, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
Bu gün, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
Dünən, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Dünən, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Dünən, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Dünən, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Dünən, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Dünən, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Dünən, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Dünən, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Dünən, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Dünən, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Dünən, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Dünən, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Dünən, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Oxşar xəbərlər